Aktual

“Azərbaycana, bütün regiona firavanlıq və sabitlik arzulayırıq” – ABŞ səfiri

“Azərbaycana, bütün regiona firavanlıq və sabitlik arzulayırıq” – ABŞ səfiribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Azərbaycanın terrorizmə qarşı mübarizəyə töhfə verməsini, həmçinin Ukraynaya yardım göstərməsini yüksək qiymətləndiririk”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə bildirib.

Səfir deyib ki, onun ABŞ-ın Azərbaycandakı səfiri kimi fəaliyyəti başa çatmaq üzrədir: “Burada olmaq mənə xoş idi”.

Ö.Litzenberger xatırladıb ki, bu il Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edib.

“Biz Azərbaycana, bütün regiona firəvanlıq və sabitlik arzulayırıq”, – diplomat vurğulayıb.