Ölkə

Azərbaycana sürətli pul köçürmələri ilə 1.5 mlrd. manata yaxın vəsait daxil olub

Azərbaycana sürətli pul köçürmələri ilə 1.5 mlrd. manata yaxın vəsait daxil olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 462.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 405 milyon manata bərabər olub.

“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 0.7% və ya 8.2 milyon manat artıb, banklardan xaricə köçürmələr isə 8.2% və ya 36 milyon manat azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 454.6 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 441 milyon manat təşkil edib.