Manşet

Azərbaycanda 15 yaşlı qızı ərə verdilər – VİDEO

Azərbaycanda 15 yaşlı qızı ərə verdilər – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qızın ərə verilməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

7times.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Unikal.org-a açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb.  Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə  1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

09:42

Şəki rayonunun Dəhnə kəndində 15 yaşlı qız evləndirilib.

7times.az xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

Yayılan məlumatlarda qızın 29 yaşlı oğlanla evləndiyi bildirilib.

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Unikal.org-a bildirilib ki, hazırda yayılan görüntülərlə bağlı araşdırma aparılır.