Ölkə

Azərbaycanda ictimai iaşə dövriyyəsi təxminən 8 % artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi təxminən 8 % artıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,8 % artaraq 1 milyard 030 milyon manat təşkil edib.

7Times.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövriyyənin 9,646 milyon manatı dövlət, 1 milyard 020,336 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,3 % və 7,7 % çoxdur.

Özəl sektorda isə dövriyyənin 51,1 %-i hüquqi şəxslərin, 48,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 8,8 % artaraq 520,9 milyon manata çatıb.