Cəmiyyət

“Azərbaycanda kasıblar məşəqqət içərisində yaşayır” – Deputat 

“Azərbaycanda kasıblar məşəqqət içərisində yaşayır” – Deputatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qiymətlərin tənzimlənməsi prosesi iflasa uğrayıb”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Onun sözlərinə görə, qiymət artımı insanların yaşamını xeyli çətinləşdirir:

“Qiymətlər doğurdan da çox bahadır. Günü-gündən qiymətlərin tənzimlənməsi prosesi iflasa uğrayır. Hətta orta səviyyədə yaşayan insan üçün də gündəlik bazarlıq etmək xeyli çətindir. Orta səviyyədə qazancı olan insan əziyyət çəkirsə, kaslb təbəqə gör nə çəkir. Onlar çox böyük məşəqqət içərisində yaşayırlar”.

Deputat qeyd edib ki, inhisarçılıq meyilləri kökündən həll olunmalıdır:

“Bu məsələ təbii ki, Milli Məclisdə müzakirə olunmalıdır. Olunur da. Lakin məsələ orasındadır ki, bu müzakirə ilə həll olunmur. Məsələnin real nəticəsi lazımdır. Real nəticə də odur ki, konkret olaraq əgər, bu  qiymətlərin bahalaşması ilə bağlı inhisarçılıq meyilləri varsa, kökündən həll olunmalıdır. Bu məsələ ilə bağlı birmənalı qətiyyətli qərar olmalıdır. Bahalaşma hər bir ailəni vurur. Və insanları dövlətin üzərinə qaldırır. İnhisarçılıqla bağlı hökumət özü birmənalı şəkildə mübarizə aparmalıdır”.

R.Nurullayev insanların qazancının az olduğunu söyləyib:

“İkinci bir səbəb isə dünyada ərzağın bahalaşmasıdır. Hökumətin vəzifəsidir ki, bununla bağlı konkret addımlar atsın, qiymətlərin tənzimlənməsində müəyyən nizam-intizam yaratsın.

Bu gün marketdən aldığı məhsul 10 qəpikdirsə, sabah artıq 12 qəpik olacaqdır. Artan xətt üzrə gedir. Bahalaşma şəxslərə ciddi təsir edir. Çünki insanların qazancı yoxdur. Pandemiya dönəmində də iş yerləri bağlandı. Kommunal xərclər də insanların ciblərinə görə deyil. İnsanların qazancı da çox azdır. Ona görə də ərzaq məhsullarının qiymətlərini, kompensasiyasını dövlət hesabına maliyyələşdimək lazımdır”.