Son vaxtlar digər ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxma və ölüm halları artmaqdadır. İndiyədək ölkəmizdə 436 257 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 377 287 nəfər müalicə olunaraq sağalıb, 5 760 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 53 210 nəfərdir.
7times.az Oxu.az-a istinadən xəbər verir ki, təhlükəli virusa yoluxan və bu səbəbdən həyatlarını itirənlər arasında məhkəmə hakimləri də var.
Koronavirusdan vəfat edən hakimlərlə bağlı məlumatları təqdim edirik:
Ötən ilin iyun ayında Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov 55 yaşında koronavirusdan vəfat edib.
Bu ilin yanvar ayında Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İnqilab Nəsirov 57 yaşında koronavirusdan həyatını itirib.
Cari ilin aprel ayında Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov 62 yaşında koronavirusdan dünyasını dəyişib.
2020-ci ilin dekabr ayında Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Fuad Soltanov 48 yaşında koronavirusdan vəfat edib.
Follow @7timesaz