Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 235 647 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 229 267 nəfər müalicə olunaraq sağalıb, 3 232 nəfər vəfat edib, aktiv xəstə sayı 3148 nəfərdir.
Ölkədə son sutka ərzində 9183, hazırkı dövrədək isə 2 627 991 test aparılıb.
Follow @7timesaz