Gündəm

Azərbaycanda oxuyacaq əfqan tələbələrlə bağlı nazirlikdən açıqlama

Azərbaycanda oxuyacaq əfqan tələbələrlə bağlı nazirlikdən açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olunan əfqan tələbələrin ölkəyə necə gəlməsi məsələsinə münasibət bildirib.

7Times.az  xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə danışıb.

O bildirib ki, hazırda Əfqanıstanda sərhədlər bağlıdır, səfirliklərin çoxunun da fəaliyyəti məhdudlaşdırılıb:

“Biz hazırda Əfqanıstanın müvafiq təmsilçiliyi ilə  Azərbaycanda təhsil müəssisələrinə qəbul olunan əfqan tələbələrin ölkəyə necə gələcəyini araşdırırıq. Əfqan tələbələrin bir hissəsi artıq ölkəmizdədir. Amma bizi daha çox maraqlandıran yeni qəbul olunan tələbələrdir. Məsələn, Azərbaycan Dillər Universiteti 10 yeni əfqan tələbə cəlb edibsə, onlar ölkəyə necə gələcək? Hazırda Əfqanıstan Azərbaycanla sərhədi açıq olan 42 ölkə sırasında deyil. Ona görə də biz hazırda gözləmə mövqeyindəyik”.

Nazirlik rəsmisi əlavə edib ki, hazırda Azərbaycandan Əfqanıstana təhsil almaq üçün gedən tələbə yoxdur.