Ölkə

Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradıldı – FƏRMAN

Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.

7times.az xəbər verir ki, Fərmanla Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinintabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:

– İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi;

– Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi.