Aktual

Azərbaycanın yalnız bu rayonunda qız uşaqları oğlanlardan çoxdur – ACI STATİSTİKA

Azərbaycanın yalnız bu rayonunda qız uşaqları oğlanlardan çoxdur – ACI STATİSTİKAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Araşdırmalar İnstitutunun İqtisadi Qrupu Azərbaycanda selektiv abortların əhalisinin 0-14 yaş qrupları üzrə cins bölgüsünə təsirini araşdırıb.

 7Times.az xəbər verir ki, rəsmi statistik məlumatlar əsasında aparılan araşdırma 30 yaşdan aşağı olan yaş qruplarında oğlanların sayının qızları üstələdiyini üzə çıxarıb. Ümumilikdə, 1991-ci ildən sonra doğulan uşaqlarda oğlanlar üstünlük təşkil edir. 2001-ci ildən sonra doğulan uşaqlarda isə fərq daha da artıb.

 

Oğlan uşaqlarının sayının qızları üstələməsi tendensiyası bütün rayonlarda müşhaidə edilir. Aşağı yaş qrupunun 53,6 faizi oğlanlardır.

 

Qadınların ən yüksək payı (60,8%) yaşı 80-dən yüksək olan əhali arasında qeydə alınıb.

Rayon və şəhərlər üzrə müqayisə edildikdə qızların ən aşağı payı Naftalan şəhərində qeydə alınıb. Burada 0-14 yaşlı insanların cəmi 42,86 faizinin qız olduğu müəyyənləşir.

 

Qızların sayının çox olduğu yeganə rayon Ordubaddır. Burada aşağı yaş qrupuna daxil olanların 51 faizi qızlardır.(Sfera.az)