Münaqişə

“Azərbaycanla Ermənistan arasında müharibə dayanmayıb, atəşkəs rejimi tətbiq olunub” – Sabiq nazir

“Azərbaycanla Ermənistan arasında müharibə dayanmayıb, atəşkəs rejimi tətbiq olunub” – Sabiq nazirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibənin “birinci” və “ikinci”yə ayrılmasını düzgün hesab etmirəm.

7times.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

“1994-2020-ci illərdə müharibə dayanmayıb, atəşkəs rejimi tətbiq olunub. Ermənistan Respublikasının çoxsaylı təxribatları nəticəsində biz (bu dövrdə – red.) minlərlə şəhid verdik. Bu gün də müharibə bitməyib. Ermənistan ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanımaqdan imtina edir. Sülh müqaviləsinin imzalanmasına qədər biz müharibə vəziyyətində olacağıq. Hazırda atəşkəs rejimi qüvvədədir”, – politoloq bildirib.

Qeyd edək ki, xalq yazıçısı Ç.Abdullayevin Birinci Qarabağ müharibəsini qəbul etmədiyi barədə açıqlamasından sonra bu barədə müzakirələr gedir.