Azərbaycanın məşhur sənətçilərindən biri olan Nura Suri ulduz futbolçu Jerar Pikenin dünya şöhrətli müğənni Şakiraya xəyanətində münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o bu sözləri “MTV Maqazin” verilişinə deyib.
Müğənni qeyd edib ki, Şakiradan fərqli olaraq, o, Pikenin xəyanətini bağışlayardı:
“Şakira bağışlamayıb, bilmirəm niyə?! Amma mən Pike kimi kişidən ayrılmazdım. Bir dəfə edib, keç də, yazıqdır”.
Xatırladaq ki, Şakira xəyanət səbəbindən “Barselona”nın müdafiəçisi Jerar Pikedən ayrılıb.
Follow @7timesaz