Hadisə

Azərbaycanlı tanınmış müğənni AĞIR QƏZA KEÇİRDİ – Daxili orqanları çıxarıldı – VİDEO – FOTO

Azərbaycanlı tanınmış müğənni AĞIR QƏZA KEÇİRDİ – Daxili orqanları çıxarıldı – VİDEO – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən ilin payızına kimi efirlərdə tez-tez görünən, qısa zamanda Azərbaycanda mahnıları ilə geniş tamaşaçı kütləsi toplamağı bacaran Baba Dərələyəzlidən xəbər var.

Milli.Az-ın əldə etdiyi məlumata görə müğənni gözlənilmədən yatağa düşüb. Bunun səbəbini öyrənmək üçün müğənninin özü ilə əlaqə saxladıq. Baba Dərələyəzli faktı təsdiq etdi.

O, yatağa düşmə səbəbi ilə bağlı Milli.Az-a bunları deyib:

“Şamaxı yolunda ağır qəza keçirdik. Çox ağır qəza idi, şükürlər olsun ki, sağ qaldıq, ölmədik. Sürücümlə ikimiz idik avtomobildə. Bu gün artıq o qəzadan 47 gün keçir. Hazırda yerimək imkanlarım məhduddur. Biraz daxili orqanlarımda problem oldu, dalağımı çıxartdılar, biraz qaraciyərimdən kəsdilər. O da Allahın köməkliyi ilə bərpa olunar.

Daxili orqanlarım bərpa olunur, amma ayağımda 7 saat çətin əməliyyat keçirilib. Ayağımın daxilində hazırda dəmirlər var, elə bel üstə yatıram ancaq. Həkimlər deyiblər ki, 2 aya yavaş-yavaş ayağımı yerə basıb, ayağa qalxa biləcəm”.

Müğənni keçən il başına gələn iki ağır itkisi barədə də məlumat verib:

“Keçən il iki ayın içində iki cavan qardaşım bir-birinin ardınca dünyasını dəyişdi. Biri məndən 2 yaş balaca idi, o biri də məndən 3 yaş böyük”.