Dünya

Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batıb

Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara dənizdə, Rumıniyanın Konstansa limanından təxminən 24 kilometr aralıda “Khoryv” ticarət gəmisi batıb.

7Times.az Rumıniyanın TVR telekanalına istinadən xəbər verir ki, hadisə oktyabrın 23-də baş verib.

Göyərtədə 13 nəfər, 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olub. İlkin məlumatlara görə, 9 dənizçi xilas edilib, 1 nəfər həlak olub, daha 3 nəfər itkin düşüb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlverişsiz hava şəraiti və zəif görünüş əməliyyatı çətinləşdirir.

Azərbaycan vətəndaşlarının xilas edilənlər, ölən və ya itkin düşənlər arasında olub-olmadığı barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.