Rusiya prezidenti postuna iddia edən məşhur rusiyalı telediva İsrail vətəndaşlığı alıb
Tanınmış rusiyalı jurnalist Kseniya Sobçak oğlu ilə birlikdə İsrail vətəndaşlığı alıb.
Moderator.az xəbər verir ki, bu barədə İsrailin “Haarets” nəşri məlumat verib.
Məlumatda deyilir ki, Sobçakın geri dönmə qanununa görə vətəndaşlıq alma hüququ var, onun ana tərəfdən babası yəhudidir. Sobçakın oğlunun atası Maksim Vitorqan tərəfdən yəhudi kökləri var.
“Moskovski komsomolets” qəzetinin yazdığına görə, jurnalist Hamovnikidə olan mənzilini 10, 3 milyon dollara satıb, fevralın 25- də sənədləşdirmə aparılıb.
Sobçakın özü bu məlumatı nə təsdiq, nə də təkzib edərək, məlumat verib ki, hazırda Rusiyadadır.O, özünün Telegram- kanalında Moskva ətrafında Arkadi Novikovun “Priçal” restoranının yanında çəkdiyi videonu dərc edib.
“Mən yaşayış yerimi dəyişməmişəm. Bağışlayın, sizi qonaq çağırmayacağam”, – telediva bəyan edib.
Bəzi məlumatlara görə, Sobçak Ukraynadakı müharibənin əvvəlindən İsraildə olub. Lakin o, heç vaxt səfərinin məqsədini açıqlamayıb.
Xatırladaq ki, Kseniya Sobçak Sankt- Peterburqda mer işlədiyi zaman Vladimir Putinin rəhbəri olmuş Anatoli Sobçakın qızıdır.
2018- ci ildə Kseniya Sobçak Rusiya Federasiyası prezidenti postuna öz namizədliyini irəli sürüb. Seçkilərdə o, seçicilərin 1, 68 faiz səsini toplayıb.
Follow @7timesaz