Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.
7times.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Maştağa qəsəbəsində Savalan yaşayış massivində 1981-ci il təvəllüdlü İsmayılov Fəxrəddin İsmayıl oğlu, 1979-cu il təvəllüdlü İsmayılova Vüsalə İsmayıl qızı və 7 yaşlı Rzayeva Əsna Elnur qızı, 16 yaşlı Rzayev Rafiq Elnur oğlu yaşadıqları edə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
Follow @7timesaz