Ölkə

Bakıda bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir – SİYAHI

Bakıda bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 00:00-dan sabah 22:00-dək Tbilisi prospektinin Abbasqulu Ağa Bakıxanov küçəsindən Akademik Həsən Əliyev küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Bu barədə 7Times.az -a Bakı Nəqliyyat Agentliyindən bildirilib.Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 5 müntəzəm marşrutun (2, 37, 52, 65 və 79 nömrəli) hərəkət sxemi alternativ küçələrlə (İnşaatçılar pr., Ə.Haqverdiyev küç., Ş.Mehdiyev küç., A.Bakıxanov küç.) təşkil ediləcək.