Gündəm

Bakıda marketdə silahlı atışma olub, ölən var – YENİLƏNİB-3

Bakıda marketdə silahlı atışma olub, ölən var – YENİLƏNİB-3backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb.

TƏBİB-dən “Report”a bildirilib ki, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.

1 nəfər hadisə yerində dünyasını dəyişib.

13.31

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyindən “Report”a bildirilib ki, ölən H.Rüfət Rahib oğlu polis əməkdaşı deyil.

13.08

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər.

Bu barədə “Report”a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.

“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir” – məlumatda vurğulanıb.

12.44

Bakıda marketlərin birində silahlı atışma olub.

“Report”un əldə etdiyi məlumata görə, hücumun inkassatorun maşınına olduğu bildirilir.

Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib: “Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir”.