Ölkə

Bakıda mərasim evinin tavanı çökdü – Yaralananlar var – FOTO

Bakıda mərasim evinin tavanı çökdü – Yaralananlar var – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mərasim evinin tavanı çöküb.

Daxili İşlər Nazirliynindən 7Times.az -a verilən məlumata görə, hadisə bu gün saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində qeydə alınıb.
Mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub.
Hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan 2 nəfər təxliyə edilib.