Ölkə

Bakıda Prezident İlham Əliyevin yubileyinə həsr olunan ağacəkmə aksiyası keçirilib

Bakıda Prezident İlham Əliyevin yubileyinə həsr olunan ağacəkmə aksiyası keçirilib – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Xocasən qəsəbəsində MEDİA, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

7times.az Trend-ə istinadən bildirir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, nazir müavini Firdovsi Əliyev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və media nümayəndələri iştirak ediblər.

Tədbirdə jurnalistlərə açıqlama verən Əhməd İsmayılov deyib ki, MEDİA Agentliyi belə layihələrdə aktiv iştirak edir və proses davamlı olacaq. İcraçı direktor bildirib ki, bu cür layihələrin keçirilməsi vacibdir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə qeyd edib ki, Xocasəndə bu gün ağac əkilən ərazi 75 hektardır.

“Bir il əvvəl bu ərazinin vəziyyəti ürəkaçan deyildi. Qısa vaxtda burada Abşeron iqliminə uyğun ağaclar əkildi. Yaxınlıqdakı Xocasən gölündən götürülən su filtrasiyadan keçəndən sonra damcılama-suvarma sistemindən istifadə ediləcək. Burada ağacların bitmə faizi 98 fazidir. Çünki bu ərazi ağac əkməyə xarakterikdir.

Növbəti illərdə dövlət başçısının tapşırığı ilə azad edilmiş ərazilərdə ətraf mühitin sağlamlaşdırılması işləri davam edəcək. 30 il ərzində o ərazilərdə ekoloji terror törədilib. Biz o torpaqları bərpa etməklə bütün dünyaya sübut edəcəyik ki, o ərazilər bizimdir. Bu il azad edilən ərazilərdə 20 mindən çox ting əkdik, 3 tona yaxın müxtəlif cinsli ağacın toxumlarını səpdik. Çox sevindirici haldır ki, martda səpdiyimiz toxumlar cücərib” -deyə nazir müavini bildirib.