Hadisə

Bakıda qadın müğənnini oteldə öldürən şəxs həbs edildi

Bakıda qadın müğənnini oteldə öldürən şəxs həbs edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami Rayon Prokurorluğundan  verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.