Ölkə

Bakıda toy vaxtı şadlıq evi yandı

Bakıda toy vaxtı şadlıq evi yandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.

7times.az xəbər verir ki, hadisə Mircəlal Paşayev küçəsində qeydə alınıb.

Millenium şadlıq sarayın toy mərasimi keçirilən zaman mətbəxin tüstü bacası alovlanmağa başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin dörd texnikası və canlı briqadası gəlib.
Şadlıq sarayında toy mərasiminin iştiralçıları çölə çıxarılıb. Binanın damına alovun keçməsinin qarşısı alınıb.

Yanğın söndürülüb. Şadlıq sarayına elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda araşdırma aparılır.