Ölkə

Bakının rəsmi əhali sayı – Ən böyük və ən kiçik rayonlar – SİYAHI

Bakının rəsmi əhali sayı – Ən böyük və ən kiçik rayonlar – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin əvvəlinə olan məlumata görə, Bakı şəhərinin rəsmi qeydiyyatda olan əhalisinin sayı 2 milyon 300 min 500 nəfər təşkil edir.

7Times.az saytının  məlumatına görə, paytaxtda 1 kv.km-ə 1075 nəfər düşür ki, bu da əhali sıxlığının hazırkı göstəricisidir.

2 milyon 300 min 500 nəfər əhali Bakı şəhəri və onun tabeliyində olan 59 yaşayış məntəqəsində rəsmi qeydiyyatdadır.

Paytaxt əhalisinin cins bölgüsünə gəldikdə, rəsmi qeydiyyatda olanların 1 milyon 144 min 325 nəfəri kişilər, 1 milyon 156 min 120 nəfəri qadınlardı.

Bakıda rəsmi əhali sayına görə Xətai ən böyük rayon, Pirallahı isə ən kiçik inzibati rayondur.

Əhali sayı rayonlar üzrə aşağıdakı kimi qeydiyyatdadır:

Xətai – 289,9 min nəfər;
Binəqədi – 268,4 min nəfər;
Yasamal – 249,3 min;
Sabunçu – 247,2 min nəfər;
Nəsimi – 222,6 min nəfər;
Suraxanı – 222 min nəfər;
Nizami – 201,8 min nəfər;
Nərimanov – 179,8 min nəfər;
Xəzər – 168,4 min nəfər;
Qaradağ – 127,9 min nəfər;
Səbail – 102,6 min nəfər;
Pirallahı – 20,6 min nəfər.

Modern.az