Ölkə

Bakının üçüncü yerüstü metro stansiyası 2028-ci ildə açılacaq

Bakının üçüncü yerüstü metro stansiyası 2028-ci ildə açılacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakıda sayca 3-cü yerüstü metro stansiyasının tikintisi davam etdirilir”.

7Times.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Tikinti lahiyələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.

O bildirib ki, stansiyada platforma və inzibati sahələrin tikintisi artıq başa çatdırılıb:

“Hazırda üzlənmə işləri aparılır. Bu işlər başa çatdırılandan sonra infrastrukturun qurulmasına başlanacaq. Bütün işlər başa çatdırılandan sonra yerüstü stansiya sərnişinlərin istifadəsinə veriləcək”.

M.Rzayev qeyd edib ki, yerüstü stansiya 2028-ci ildə istifadəyə veriləcək.

Xatırladaq ki, hazırda Bakıda “Xocəsən” və “Bakmil” adlı iki yerüstü stansiyaları fəaliyyət göstərir.