Sağlamlıq

BALBAQAQ ŞİRƏSİ – sadə məhsulun böyük faydaları

BALBAQAQ ŞİRƏSİ – sadə məhsulun böyük faydalarıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balqabaq qədim zamanlardan yetişdirilən tərəvəz bitkisidir. Özü qədər suyu da çox faydalıdır.

 

 

7Times.az  balqabaq suyunun bilmədiyiniz beş müalicəvi xüsusiyyətini təqdim edir:

 

1. Qaraciyər və böyrək xəstəlikləri zamanı gündə bir dəfə yeməkdən otuz dəqiqə əvvəl yarım stəkan balqabaq suyu içilir.

 

2. Sidik daşı xəstəliyi üçün: gündə 3 dəfə yeməkdən yarım saat əvvəl stəkanın üçdə biri qədər balqabaq suyu qəbul edin.

 

3. Əgər nevrozunuz varsa və ya yuxusuzluqdan əziyyət çəkirsinizsə, o zaman gecə bir çay qaşığı bal ilə 1/2 stəkan balqabaq şirəsi qəbul edin.

 

4. Qızdırma və qızdırma ilə müşayiət olunan soyuqdəymə üçün: hərarəti salan və susuzluğu yatıran vasitə kimi balqabaq suyu için.

 

5.Balqabaq suyu qəbizlik və hipertoniyaya mükəmməl kömək edir: yeməkdən iyirmi dəqiqə əvvəl gündə üç dəfə dörddə bir stəkan qəbul edin.

 

Bu beş halda balqabaq şirəsi halınızı sağaldıb, kömək edib və yüngülləşdirəcək. Bu tamamilə zərərsizdir və müalicəvi xüsusiyyətləri sadəcə unikaldır. İçin və sağlam olun!

Saglamolun.Az