Ölkə

Övladlarının şəhidlik statusunu ala bilməyən Əzizovlar ailəsinin 11 illik fəryadı – REPORTAJ

Övladlarının şəhidlik statusunu ala bilməyən Əzizovlar ailəsinin 11 illik fəryadı – REPORTAJbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhidlər susuz, amma tarix onların adını hayqırır. Bir anın deyil, bir ömrün qərarı olan bu uca zirvəyə yetişən, şəhadət nəsibi olan qəhrəmanlarımızdan biri də Xaçmaz rayon Qaracik kənd sakini Əzizov Heybətqulu Maqsud oğludur.

O, xidmətdə olduğu MN-nin n saylı hərbi hissəsində 2014-cü ilin 23 mart tarixində şəhadətə ucalıb — odlu silahdan açılan atəş nəticəsində.

Amma Heybətqulu Əzizovun şəhadət şanını hələlik tarix deyil, onun ailəsi hayqırır. Çünki onun şəhid olduğu bu 11 il müddətində ailəsi onun şəhidlik statusunu ala bilməyib.

Heybətqulu Əzizov vəfatından sonra yaşadığı kəndin məzarlığında dövlət və aidiyyəti qurumlar tərəfindən şəhid kimi dəfn edilib.

Cəsədi Azərbaycan bayrağı ilə örtülmüş, hərbi ehtiramla vida mərasimində fəxri qarovulun iştirakı və yaylım atəşi ilə müşayiət olunub. Və şəhidlərin vərəsələrinə verilən birdəfəlik 11 000 manat sığorta ödənişi rəsmi şəkildə atası Əzizov Maqsud Heybətqulu oğluna ödənilib.

Daha ətraflı “7Times.az”-ın hazırladığı reportajda: