Ölkə

Sumqayıtda vətəndaş qəbulu: ədalət platforması, yoxsa öncədən ssenariləşdirilmiş görüş? – REPORTAJ

Sumqayıtda vətəndaş qəbulu: ədalət platforması, yoxsa öncədən ssenariləşdirilmiş görüş? – REPORTAJbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Naziri Emin Əmrullayev fevralın 27-də Sumqayıt şəhərində vətəndaş qəbulu keçirib. Qəbuldan nazirliyin sosial şəbəkə hesablarında paylaşılan fotolarda ondan çox vətəndaşın iştirak etdiyi məlum olur. İş yerinin dəyişdirilməsi, tələbə köçürülməsi və məşğulluq məsələləri ilə bağlı müraciətlərin nazir Emin Əmrullayev tərəfindən dinlənildiyi, operativ araşdırılması və həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildiyi elan edilib. Üsullu və planlı şəkildə, hətta qəbula gələcək vətəndaşların kimliyi, edəcəyi müraciətlər və onlara veriləcək cavablara qədər öncədən tərtib edilmiş bu qəbul da digər vətəndaş qəbulları kimi formal şəkildə yola verildi. Plan doldu, zaman bitdi və qəbul başa çatdı. Cənab Emin Əmrullayev qəbula bir az rəng qatmaq üçün görüşdən əvvəl Sumqayıt şəhərində yerləşən İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbini də ziyarət edib, dərs prosesində şagirdlərlə qısa dialoq etdi.

Daha ətraflı “7Times.az”-ın hazırladığı reportajda: