Ölkə

Elnur Rzayev Dədəli kəndində səyyar qəbul keçirib – FOTOLAR

Elnur Rzayev Dədəli kəndində səyyar qəbul keçirib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Dədəli kəndində səyyar qəbul keçirib.
Qəbulda Dədəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Dədəli, Palıdlı, Bostançı, Nağıoba, Hacıəbdürəhimoba, Sibiroba və Kiçik Baraxum kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildirib, həmçinin elektrik təsərrüfatının yenilənməsi, suvarma kanallarının təmizlənməsi, fərdi yaşayış evlərinin qazlaşdırılmasına köməklik göstərilməsi və bir neçə fərdi müraciət səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Bir çox müraciətlər yerindəcə həll edilib.