Ölkə

Barmaqlıqlar arxasında qalan gözəllik – Qadın həbsxanasından FOTOREPORTAJ

Barmaqlıqlar arxasında qalan gözəllik – Qadın həbsxanasından FOTOREPORTAJbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən günlərdə Ədliyyə Nazirliyi tərəfindən qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunan müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olmaq üçün mediatur təşkil olunmuşdu. 

BAKU.WS olaraq əvvəlcə müəssisədə məhkumlar üçün ayrılan otaqlarla tanış olduqdan sonra onların bəziləri ilə həmsöhbət olduq. Fərqli səbəblərdən məhkumluq həyatı yaşayanların bir çoxu qanunla verilən hökmün bir neçə ilini artıq geridə qoyublar.

Diqqətimizi ilk çəkən Boliviya vətəndaşı olan Mariya Fernandez və oğlu Aleksandr oldu. Külli miqdarda narkotiklə tutulan Mariya 3 il 4 aydır, məhkumluq həyatı yaşayır. Onun 4 il 8 ay davam edəcək cəza müddəti var.

Növbəti həmsöhbətimiz əslən Qazaxdan olan və Bakıda böyüyən Şahvələdova Nəcibə oldu. Narkotik səbəbindən 5 il cəza verilən Nəcibənin 8 aylıq Miray adlı bir qız övladı var. Təəssüflər olsun ki, balaca Miray həyata gözlərini 4 divar arasında açıb. Övladının burada doğulduğunu deyən Nəcibənin qarşıda 3 il 10 ay cəza müddəti var.

Digər bir həmsöhbətəmiz penitensiar müəssisədə aşpaz olaraq çalışan Cəmilə xanımdır. 4 il cəza müddəti olan Cəmilə 1 il 9 ayını geridə qoyub. Şirniyyat sexində çalışan xanım fahişəliyə cəlbetməyə görə məhkumluq həyatı yaşayır.

Gəldik digər məhkum Kəmalə Hüseynqızına. Maddə 144, yəni insan alveri səbəbindən Kəmalə xanıma 8 il 6 ay hökm oxunub. Hökmün 2 il 5 ayını geridə qoyan xanım 10 il gözəllik salonunda işləyib və hazırda saç ustası olaraq penitensiar müəssisədə fəaliyyətini davam etdirir. Uşaqlarına bağlı olduğunu, onları oxutduğunu bildirən Kəmalə xanım övladlarına həsrət qaldığını gözyaşları ilə bildirdi.

Növbəti həmsöhbətimiz Nəsirova Samirə qanunla verilən 7 illik hökmün 5 ilini müəssisədə tamamlayıb. Nəsirova cinayəti törətdikdə cəzasını, mahiyyətini, müəssisədə fikirləşərək səhvlərini başa düşdüyünü bildirib. Mətbuatda işləyən, “Ata yolu” qəzetinin baş redaktoru olan Nəsirova işə düzəltmə adı altında dələduzluqda təqsirləndirilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Sonuncu həmsöhbətimiz İdrisova Elmira Ağabala qızı oldu. İdrisova uzun müddət qeyri-rəsmi nikahda yaşadığı şəxsi qətlə yetirib. Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə 14 il hökm oxunan Elmira xanım məhkumluq həyatının yarıdan çox hissəsini tamamlayıb. 12 ildir müəssisədə cəza çəkən İdrisova azadlığın gözəl olduğunu, azadlığa çıxacağı günləri səbirsizliklə gözlədiyini bildirdi.