İspaniya La Liqasının 6-cı turunda ötən gecə “Kadiz”lə heç-heçə edən “Barselona” antirekorda imza atıb.
Busaat.az “Opta”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu mövsüm 5 oyunda 8 qol vurub. Bu isə son 18 ilin ən pis göstəricisidir.
Komanda 2003/2004 mövsümündə 5 qarşılaşmada 5 dəfə fərqlənib.
Qeyd edək ki, “Barselona” 5 turdan sonra 9 xalla 7-ci pillədə qərarlaşıb.
Follow @7timesaz