“Barselona” La Liqanın Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya 1,4 milyon avro ödəməkdə ittiham olunur.
Fanat.Az xəbər verir ki, çok məlumatı “SER Catalunya” yayıb.
Mənbənin məlumatına görə, prokurorluq artıq araşdırmaya başlayıb. Xose Mariya Enrikes Neqreira və oğlu artıq ifadə veriblər. Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti hüquq-mühafizə orqanlarını əmin edib ki, “Barselona”ya qarşı heç vaxt müsbət münasibət olmayıb və onun hesab-faktura təqdim etmədiyi bu ödənişlər oyunçulara meydanda necə davranmalı olduqlarını izah etmək üçün edilib.
“Barselona” da məsələ ilə bağlı açıqlama yayaraq, keçmişdə “kənar texniki məsləhətçi”dən istifadə olunduğunu etiraf edən bir açıqlama verdi. Bəyanatda bu cür məlumatların komandanın mövsümün ən yaxşı qızğın anında və lider olduqları anda yayılmasından təəssüf ifadə olunub, bu, “klubun nüfuzuna xələl gətirmək” cəhdi adlandırılıb və qanuni tədbirlər görüləcəyi bildirilib.
“Barselona” hazırda La Liqada 21 matçdan sonra 56 xalla turnir cədvəlinə başçılıq edir.
Follow @7timesaz