Avropanın aparıcı ölkələrində transfer pəncərəsi yeni bağlansa da, “Barselona” qışda heyətini gücləndirmək üçün indidən fəaliyyətini gücləndirib.
7Times.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, Kataloniya nəhəngi bu qış müdafiənin həm sağında, həm də mərkəzdə oynaya bilən 29 yaşlı Coşua Kimmix ilə müqavilə bağlaya bilər.
Mənbənin məlumatına görə, “Bayern Münhen” oyunçu mübadiləsinə hazırdır. Almaniya klubu Frenki de Yonqun transferi ilə bağlı danışıqlarda güzəşt əldə edəcəyi halda, Kimmixi qarşı tərəfə göndərə bilər. Belə ki, 27 yaşlı niderlandlı yarımmüdafiəçi uzun müddətdir Bundesliqa nəhənglərinin maraq dairəsindədir. Beləliklə, Münhen klubu vəziyyətdən yararlanmaq istəyir.
Qeyd edək ki, Coşua Kimmixin “Bayern”lə hazırki müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədər, Frenki de Yonqun “Barselona” ilə anlaşması isə 2026-cı ilin ortalarına qədərdir.
Fanat.Az
Follow @7timesaz