İdman

“Barselona” ilə oyundan sonra hücuma məruz qalan məşqçi polisə üz tutdu

“Barselona” ilə oyundan sonra hücuma məruz qalan məşqçi polisə üz tutdubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya polisi Pepe Bordalasa qarşı təhdidləri araşdırır.

Fanat.Az xəbər verir ki, “Xetafe”nin baş məşqçisi “Barselona” ilə 1:1 hesablı heç-heçədən sonra təhqir və təhdidlərlə üzləşib.

Bordalas bu barədə “Marca”-ya bildirib: “Bütün bunlar çox ciddidir. Artıq polisə şikayət ərizəsi göndərmişik. Proses uzun çəkəcək.

Ümid edək ki, ədalət bərqərar olacaq və bu hal mənim və ya başqalarının başına bir daha gəlməsin”.

Bir həftə əvvəl “Xetafe” Primera Liqanın 20-ci turunda “Barsa”dan xal alıb. Qarşılaşmadan sonra məşqçiyə sosial şəbəkələrdə ailəsini öldürməklə bağlı hədələr gəlib. Onu “siçovul” da adlandırırlar.