İdman

“Barselona”nın yeni prezidentdən MESSİ AÇIQLAMASI

“Barselona”nın yeni prezidentdən MESSİ AÇIQLAMASIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Barselona” klubunun yeni prezidenti Joan Laporta, Messi ilə bağlı açıqlamalar verib.

7times.az İspaniya mediasına istinadən xəbər verir ki, Laporta, Messinin klubda qalacağına əmindir:

“20 il əvvəl Leo Messi adında bir uşaq “Barselona”da ilk oyununa çıxdı. Bugün isə o, dünyanın ən yaxşı futbolçusu olaraq sevdiyi klub üçün, oğluyla birlikdə səs verməyə gəldi. Bu bizim necə böyük bir ailə olduğumuzu göstərir. Həmçinin bu sevgi, bizim gələcəyimizə işıq tutacaq. Messi ilə bağlı klubun iqtisadi imkanları nəzərə alınmaqla, əlimdən gələni edəcəm. Leo “Barselona”nı çox sevir və onun klubda qalmaq istədiyinə inanıram”.

Elmir Kərimli