Bir ilə yaxındır zədədən əziyyət çəkən Qaviyə görə “Barselona” FİFA-dan böyük məbləğdə konpensasiya ala bilər.
7Times.az xəbər verir ki, “Mundo Deportivo” təzminat məbləğinin azı 6 milyon avro olacağı barədə məlumat yayıb.
Mənbənin məlumatına görə, milli komandaların oyunlarında futbolçuların aldığı zədələrə görə klublara pul ödəyən FİFA 20 yaşlı yarımmüdafiəçinin xəstəxanada keçirdiyi hər gün üçün kataloniyalılara 20 min avroya yaxın pul verəcək.
Xatırladaq ki, Qavi ötən ilin noyabrında İspaniya millisinin Gürcüstanla oyununda zədələnib və dizinin çarpaz bağları sıradan çıxdığı üçün əməliyyat olunub.
Fanat.Az
Follow @7timesaz