Türkiyənin Şırnak bölgəsində PKK terrorçularına qarşı ötən ay keçirilən əməliyyatın detalları açıqlanıb.
7Times.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat zamanı məhv edilmiş 3 terrorçudan biri uzun zamandır axtarışda olub. Bildirilir ki, “Diljin Mariya Dersim” ləqəbli Saniye Toprak adlı terrorçu türk hərbçilərinin şəhid olduğu hücumların əmrini verib.
Onun zərərsizləşdirilməsi üçün məlumat verənə Türkiyə 1 milyon türk lirası mükafat ayırmışdı.
Follow @7timesaz