İdman

“Bavariya” Çempionlar Liqasının qalibi olub

“Bavariya” Çempionlar Liqasının qalibi olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionlar Liqasında (ÇL) 2019/20 mövsümü başa çatıb.

7times.az xəbər verir ki, bu gün turnirin final qarşılaşması keçirilib.

Həlledici matçda Fransa çempionu PSJ ilə Almaniyada qızıl medalların sahibi “Bavariya” üz-üzə gəlib. İtaliyalı Daniele Orsatonun idarə etdiyi görüşdə PSJ tarixində ilk dəfə, “Bavariya” isə 11-ci dəfə final oyununa çıxıb.

“Marsel”, “Reyms”, “Sent-Etyen” və “Monako”dan sonra həlledici matça qədər irəliləyən 5-ci Fransa təmsilçisi olan PSJ-nin 1993-cü ildən sonra kuboku adıçəkilən ölkəyə aparmaq istəyi baş tutmayıb. Məhz fransalı futbolçu Kinqsli Komanın 59-cu dəqiqədə vurduğu yeganə qol finalın taleyini həll edib.

Rəqibini 1:0 hesabı ilə məğlub edən “Bavariya” 7 ildən sonra ilk, ümumilikdə isə 6-cı ÇL kubokunu muzeyinə aparıb. PSJ isə fransızların 27 illik həsrətinə son qoya bilməyib.

Çempionlar Liqası
Final
23 avqust
23:00. PSJ (Fransa) – “Bavariya” (Almaniya) – 0:1
Qol: 
Koman, 59
Baş hakim: Daniel Orsato (İtaliya)
Lissabon. “Da Luş” stadionu

Apasport.az