Dünya

Bayden administrasiyasından önəmli qərar – Ukraynaya uran tərkibli mərmilər göndəriləcək

Bayden administrasiyasından önəmli qərar – Ukraynaya uran tərkibli mərmilər göndəriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Baydenin administrasiyası ilk dəfə olaraq Ukraynaya tərkibində tükənmiş uran olan zirehli deşici mərmilər vermək qərarına gəlib.

“Azpolitika.info” xəbər verir ki, bu barədə “Röyter” agnetliyi müvafiq sənədin mətni ilə tanış olan mənbəyə istinadla məlumat yayıb. Daha iki rəsmi mənbə də agentliyə xəbəri təsdiqləyib.

Rusiya tanklarının zirehinə nüfuz edə bilən mərmilər ABŞ-ın Ukraynaya hərbi yardımının yeni paketinə daxildir. Bu paket gələn həftə elan ediləcək.

Sözügedən mərmilər “Abrams” tanklarına quraşdırılan silahlardan atəş açarkən istifadə edilə bilər. Mənbənin sözlərinə görə, “Abrams” tanklarının ilk partiyası yaxın həftələrdə Ukraynaya gələcək.