ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
7Times.az xəbər verir ki, məlumatı Türkiyə tərəfi yayıb.
Telefon danışığı zamanı Qəzzadakı vəziyyət müzakirə olunub. Ərdoğan deyib ki, ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyi dayandırması tezliklə atəşkəsi təmin edə bilər.
Telefon danışığı zamanı, həmçinin Türkiyə-ABŞ ikitərəfli əlaqələri, İsveçin NATO-ya üzvlük prosesi, qlobal və regional məsələlər müzakirə edilib.
Ərdoğanla Bayden F-16 məsələsi barədə də fikir mübadiləsi aparıb.
Follow @7timesaz