Siyasət

“Baydenin Putin haqqında sözləri qəbul oluna bilməz” – Ərdoğan

“Baydenin Putin haqqında sözləri qəbul oluna bilməz” – Ərdoğanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları və Rusiya arasındakı  münasibətlərin gərginləşməsindən danışıb.

7times.az xəbər verir ki, Ərdoğan cümə namazından sonra məsciddən çıxarkən jurnalistlərin suallarını cavablandırıb. O, Co Bayden ilə Vladimir Putin arasında yaşanan gərginlik haqqında da açıqlama verib:

“Co Baydenin Putinlə bağlı fikirləri bir dövlət başçısına yaraşmayan ifadələrdir. Rusiya kimi bir dövlətin prezidenti haqqında belə sözlər deyilməsi qəbul oluna bilməz. Bunlar həzm olunacaq ifadələr deyil. Məncə Vladimir Putin həqiqətən çox ağıllı və düzgün bir şəkildə cavab verərək, lazım olanı etdi”.

Qeyd edək ki, bir müddət əvvəl Co Baydenin Putini “qatil” adlandırması Amerika Birləşmiş Ştatları və Rusiya arasında siyasi krizə səbəb olub.

Elmir Kərimli