Koronavirusa yoluxmuş ABŞ prezidenti Co Baydenin vəziyyəti yaxşılaşır.
APA-nın xəbərinə görə, bunu Ağ Evin koronavirusla mübarizə üzrə koordinatoru Aşiş Ca bildirib.
“Prezidentin səhhətində ağırlaşma riski azalıb. Çünki onun immuniteti möhkəmlənib, həm də o, virus əleyhinə preparatlar qəbul edir. Bu da riskin azalması baxımından böyük əhəmiyyət daşıyır” – deyə koordinator əlavə edib.
Dövlət başçısının koronavirusun Omikron ştamının BA.5 variantına yoluxduğu məlum olub. Sözügedən variant ABŞ-da dominantdır.
Follow @7timesaz