Cəmiyyət

Bayramın mübarək Arəstə bacım – Müşfiq Qərib yazır

Bayramın mübarək Arəstə bacım – Müşfiq Qərib yazırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azadlıq və xoşbəxtliklərlə dolu geridə qalan bir həyat…

7times.az xəbər verir ki, Azərbaycan tarixi təkcə oğullarımızın deyil, qəhrəman qadınlarımızın da şücaəti ilə zəngindir. Qədim qəhrəmanlıq ənənəsinə malik bir xalqın qəhraman qadınlarından biri də, Vətən Müharibəsinin ilk hərbçi xanım şəhidi Arəstə Baxışovadır.
Haqqını heç vaxt ödəyə bilməyəcəyimiz, qəlbindəki sonsuz sevgini Vətənə həsr edən  Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Baxışovlar ailəsində 3 uşaq olub, 2 qardaş və 1 bacı. Onun atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb. Arəstə Baxışovanın dörd yaşı olanda atası vəfat edib. Arəstə Baxışova Azərbaycan Dövlət Pedaqoji Kollecində “İngilis dili” üzrə təhsil alıb.

Arəstə Baxışova ailəli idi. Mərdan adında bir oğul və Zəhra adında bir qız anası idi.

Arəstə Baxışova Silahlı Qüvvələrin Hospitalında tibbi statist vəzifəsində, daha sonra isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində çalışıb.

Azərbaycan Ordusunun çavuşu olan hərbi tibb qulluqçusu Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə könüllü qatılıb. O, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxararkən, oktyabrın 23-də qəhramancasına şəhid olub.

Qeyd eldək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün: Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!