Xaçmaz

Bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş hərbçimizin ailəsi ziyarət olunub – Fotolar

Bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş hərbçimizin ailəsi ziyarət olunub – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbərləri bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 22 yaşlı Elvin Daşdəmir oğlu Eyvazovun  ailəsini ziyarət edib.

Elnur Rzayev hərbçimizə rəhmət diləyib, ailələsinə səbr arzulayıb.
Görüşdə Elvin Eyvazovun  qısa və şəfərli ömür yolundan danışılıb.

Qeyd edəki ki,  hərbçimiz Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə eləcədə 2022-ci ilin sentyabrında düşmən təxribatının qarşısının alınmasında və 2023-cü ilin sentyabrında antiterror tədbirlərində mərdliklə döyüşüb. 

Vətən müharibəsindən sonra Elvin Eyvazov Azərbaycanm Respublikası Prezidentinin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.


7Times.az