Milli komandamızın müdafiəçisi Bəhlul Mustafazadə “Sabah”dan ayrılıb.
Qol.az-ın xəbərinə görə, futbolçumuz bundan sonra Birləşmiş Ərəb Əmirliklərinin ən titullu komandası – 13 dəfə ölkə çempionu olan “Əl-Əyn” klubunda çıxış edəcək.
2021-ci ilin iyunun 8-də tanınmış ukraynalı mütəxəssis Sergey Rebrov bu komandaya baş məşqçi təyin olunub.
Yaxın vaxtlarda B.Mustafazadənin transferinin rəsmən açıqlanacağı gözlənilir.
“Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Qol.az saytına B.Mustafazadənin “Əl-Əyn”ə transfer olunduğu təsdiqləyib. O, buna görə kluba təzminat ödəniləcəyini bildirib.
Follow @7timesaz