Dünya

Belarus NATO ilə dialoqa hazır olduğunu bildirib

Belarus NATO ilə dialoqa hazır olduğunu bildiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Şərqi Avropa regionunda təhlükəsizliyi təmin etməyə çalışır və NATO-ya üzv ölkələrlə dialoqa hazırdır.

7Times.az-ın məlumatına görə, bunu “VoenTV” telekanalına müsahibəsində Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq departamentinin rəisi Valeri Revenko bildirib.

“Biz ölkədə NATO-ya üzv bir sıra dövlətləri akkreditə etmişik. Bu günə qədər onların sayı 10-dur. Belarusun mövqeyini onlara təqdim etməyə, onların mövqeyini dinləməyə və regionumuzda təhlükəsizliyi təmin etmək üçün müəyyən konsensusa gəlməyə hazırıq”, – deyə o qeyd edib.

Revenkonun qiymətləndirməsinə görə, Belarusun Qərb ölkələri və Alyansla münasibətləri respublikanı öz maraqlarına tabe etdirmək üçün görülən tədbirlər kompleksi səbəbindən olduqca problemli formalaşır.