İdman

”Bəlkə də sonuncu olimpiadam idi” – Hacı Əliyev

”Bəlkə də sonuncu olimpiadam idi” – Hacı Əliyevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənə elə gəlir ki, final görüşü üçün hər şeyi düzgün qurmuşdum və yaxşı fikirləşmişdim”.

7Times.az xəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.

Əliyevin sözlərinə görə, onun rəqibi heç nədən görüşü saxlayırdı:

“Rəqibim fiziki cəhəddən zəif idi. Bunu döşəkdə hiss edirdim. Sonuncu saniyələrdə rəqibim ayağıma girdi. Görüş başlayandan 5-6 dəfə ayağıma girməyə cəhd göstərdi, amma qarşısını aldım və ayağımı vermədim. Axırda isə ayağımı verdim. Mənə elə gəlir ki, rəqib heç nədən görüşü saxlayırdı. Güya zədə almışdı. Tez-tez görüşü saxlayır və güləşə zidd hərəkətlər edirdi. Kəllə vururdu və cırmaq atırdı. Qızıl medal üçün hər şeyi etmişdim, çox əziyyət çəkmişdim. Demək, qismətimizdə bu var imiş”.

İdmançımız əlavə edib ki, əldə etdiyi nəticədən heyifsilənmir:

“Hakimlər düzgün qərar verib. Mən istəmərəm ki, ədalətsiz danışım. Rəqib axıra yaxın qaçırdı və bir xal fərqi ilə məğlub oldum. Yenə də əlimdən gələni etdim. Neçə illərdir ki, mənə güləşdə verilən tapşırığı layiqincə yerinə yetirdim. Bu, bəlkə də mənim sonuncu olimpiadam idi. Heyifsilənmirəm. Medal qazana bilməyən idmançılarımız da oldu. Buna da şükür”.