MLS təmsilçisi “Çikaqo Fayr” Türkiyə millisi və “Beşiktaş”ın hücumçusu Cenk Tosunu heyətinə qatmaq istəyir.
Offsideplus.az “NTV Spor”a istinadən xəbər verir ki, qarşı tərəf 31 yaşlı futbolçu üçün İstanbul təmsilçisi ilə danışıqlar aparır. MLS klubu forvarda illik 3 milyon dollar (2.5 milyon + 500 min dollar bonus) olmaqla maaş ödəməyə hazırdır.
Türkiyə millisinin üzvünün “ağ-qara”larla müqaviləsi mövsümün sonunda başa çatır.
Qeyd edək ki, Cenk Tosun bu mövsüm bütün turnirlərdə “Beşiktaş”ın heyətində 23 oyuna çıxıb. O, bu görüşlərdə 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Follow @7timesaz