İdman

“Bir futbolçunun arzusu ÇL-in qalibi olmaqdırsa, o, “Tottenhem”ə keçməyəcək”

“Bir futbolçunun arzusu ÇL-in qalibi olmaqdırsa, o, “Tottenhem”ə keçməyəcək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tottenhem”in baş məşqçisi Angelos Postekoğlu yüksək səviyyəli oyunçuların transferi ilə bağlı yaşadıqları çətinliklərdən danışıb.

7Times.az  xəbər verir ki, yunan əsilli avstraliyalı mütəxəssisin sözlərini tanınmış jurnalist Ben Ceykobs şəxsi “X” hesabı üzərindən belə çatdırıb:

“Bir futbolçunun arzusu Çempionlar Liqasının qalibi olmaqdırsa, o, “Tottenhem”ə keçməyəcək. İstəyirəm ki, sıralarımıza komandanı tanıyan, mövcud durumu anlayan oyunçular qoşulsunlar.

Əlbəttə, biz digər klublardan fərqlənirik. “Tottenhem” xeyli müddətdir ki, ciddi uğur qazana bilmir. Elə buna görə də mənim “Tottenhem”də görmək istədiyim oyunçu təxminən belə düşünməlidir: “Bilirsiniz nə var, onlar Çempionlar Liqasında oynamasalar da, mənim bu komanda ilə qazanacağım mükafat xüsusi sayılacaq. Döyüşə hazıram!”

Xatırladaq ki, “Tottenhem” son mükafatını 2008-ci ildə qazanıb. Həmin vaxt Hotspur təmsilçisi İngiltərə Liqa Kubokunun qalibi olub.

Fanat.Az