Şabran

Bir məmura cavab: Şəhidin köhnəsi təzəsi olmur – FOTO

Bir məmura cavab: Şəhidin köhnəsi təzəsi olmur – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir məmura cavab: Şəhidin köhnəsi təzəsi olmur…

Zirvə təbiətin coğrafi yüksəkliyi olduğu kimi, şəhidlik də vətənpərvərliyin ən ali məqamıdır. Müstəqilliyimizin yaşı çox olmasa da, torpaqlarımızın ərazi bütövlüyü uğrunda üzdəniraq qonşumuz olan ermənilərlə apardığımız mübarizədə çox qəhrəman oğullarımız canlarını vətənə fəda edib. İstər 1- ci Qarabağ, istərsə də Vətən müharibəsində qanları ilə tarix yazan igid vətən övladları heç zaman udulmur və unudulmayacaq….

Amma təəssüflə bunu hamıya şamil etmək olmur. Xüsusən də bəzi məmurlara…Ötən gün rastlaşdığım və hələ uzun müddət unuda bilməyəcəyim bir hadisədən danışacam. Ötən gün Birinci Qarabağ müharibəsində qəhrəmanca şəhid olan Şabran sakini Əhmədov Xəlil Sabir oğlunun evini ziyarət etdim.

Əslində bu ziyarətim səbəbsiz deyildi. Çünki Vətən Müharibəsindən sonra məni ən çox narahat edən suallardan biri də budur: Niyə 1-ci Qarabağ müharibəsi şəhidlərini yad etmirik? Niyə onlar unudulur? Mənimlə həmsöhbət olan şəhid Xəlil Əhmədovun qardaşı, Əfqanıstan müharibəsinin iştirakçısı Azər Əhmədov danışdıqca dəhşətə gəlirdim.

Onun sözlərinə görə, bir məsələ ilə bağlı müraciət etdiyi məmur “sizin şəhid köhnə şəhiddir” deyə cavab verib. İnsanda şok effekti yaradan bu cavabı bir məmurun səsləndirməsi nə qədər dəhşətli olsa da, həmin şəxsin məmur olaraq dövlət işində vəzifə tutması başqa bir acı reallıqdır. Canını vətənə fəda edən, dəyəri ölçüyə gəlməz şəhidlərimizi kateqoriyaya bölmək ən yaxşı halda vicdansızlıqdır. Şəhidlər heç vaxt unudulmur sadəcə onlar lazımı qədər tanıtılmır. Düzdü 44 günlük vətən müharibəsində qəhrəmancasına vuruşaraq həlak olan igidlərimizi hamımız tanıyırıq , çünki ailələri oların yaxşı təbliğatını aparır və rayon ictimayəti də şəhidlərimizi tanıtmaq üçün əlindən gələni edirlər. Şəhid dediyimiz vətən uğrunda canından keçən qəhrəmandır. Bir can, bir ailə başçısı, bir nəslin davamçısı idi. O şəhidlər ki 30 il bundan qabaq şəhid olmuş atalarının davamçıları olaraq, özləri 2020 ci ildə şəhidlik zirvəsinə ucaldılar. Necə ki, 1990 cillərdə ayaqyalın, öz torpaqlarımızdan məcbur çıxarılan igid oğullarımızın övladları idi. Bugün torpaqlarımız onlar sayəsində geri alındı.  Şəhidin təzəsi , köhnəsi olmur. O acını yaşayan Ana, Ata bilir. Bizlər sadacə Allah rəhmət eləsin, ya da Allah səbr versin deyib keçirik, düzdü üzülürük amma ana, ata  qədər deyil. Sizin kimi bəzi məmurlardan fərqli olaraq xalqımız heç vaxt şəhidlərini unutmur və unutmayacaq. Amma şəhid Xəlil Əhmədovun yaşadığı küçənin acınacaqlı vəziyyəti siz məmurların onu çoxdan unutduğunu bir daha sübut edir. Bunu görmək üçün gərək kor olmaq lazımıdır…

Mən isə bu gün bəzi məmurların unutduğu şəhidi bir daha sizlərə tanıtmağı özümə borc bildim. Bir daha onun qısa lakin şərəfli həyat yoluna nəzər salmaq istədim…

Əhmədov Xəlil Sabir oğlu 17 mart 1972-ci ildə Dəvəçi şəhərində anadan olmuşdur. 1990-ci ildə Dəvəçi şəhər T.Abbasov adına orta məktəbi bitirmişdir.1990-1992-ci illərdə sovet ordusunda xidmət etmişdir.

1993-cü ilin yanvar ayında Milli orduya xidmətə çağrılmışdır. 24 yanvar 1994-cü ildə Kəlbəcər rayonunda Qanlıkənd uğrunda geden döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

İnanıram bu yazını oxuduqdan sonra adiyyatı qurumlar lazimi addımlar atacaq. Şəhidin yaşadığı küçə əsaslı təmir ediləcək və küçədə şəhidə aid lövhə vurulacaq. 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igid oğullarımız kimi Xəlildə öz adına layiq küçəyə sahib olacaq.

7Times.az