İdman

“Bir vaxtlar Ronaldo ilə məşq edirdim“ – İndi süd satan keçmiş futbolçu

“Bir vaxtlar Ronaldo ilə məşq edirdim“ – İndi süd satan keçmiş futbolçubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əvvəllər Ronaldo ilə məşq edirdim, indi süd satıram”

7times.az xəbər verir ki, Hazırda İngiltərədə süd satışı ilə məşğul olan keçmiş futbolçu Riçard Ekersli “Mançester Yunayted”də məşq etdiyi Kriştiano Ronaldo ilə bağlı təəssüratlarını bölüşüb:

“Kriştiano Ronaldo “Mançester Yunayted”ə qayıtdı. Bu barədə düşünürdüm. Sonuncu dəfə “Mançester Yunayted”də olanda mən də orda idim və onunla məşq etdim. Mən indi süd satıram və o hələ də futbol oynayır. Fərqli dünyalardayıq. Ancaq çox xoşbəxtəm, özümü idarə edirəm”.

Ekersli 2009-cu ilə qədər “Mançester Yunayted”in heyətində olub.

Müdafiəçi daha sonra “Plimut”, “Bradford” və “Beri”də icarə əsasında oynayıb, ardınca “Bernli”yə keçib.

O, həmçinin ABŞ-da “Toronto” və “Nyu-York Red Bulls”da da çıxış edib.

Ekersli 2016 -cı ildə İngiltənin  “Oldheme” klubunda karyerasını başa vurub. (Qol.az)

“Bir vaxtlar Ronaldo ilə məşq edirdim“ - İndi süd satan keçmiş futbolçu